Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

XƏBƏRLƏR

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, Məşvərət Şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.

2 Dekabr, 2021
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

"Xalçaçılıq" qrupunun istehsalat təlim ustası Əhmədova Şəhla tərəfindən Qarabağ xalçalarının bədii qurluşu, texnoloji xüsusiyyətləri, rəng çalarları, Qarabağ xalçaçılıq məktəbinin qolu olan Şuşa xalçalarının zəngin kompozisiyası, 44 günlük Vətən müharibəsinin Zəfərinə həsr olunmuş ,,Zəfər" xalçası haqqında geniş təqdimat hazırlanaraq tələbələr məlumatlandırılmışdır.

2 Dekabr, 2021
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

30 Noyabr, 2021
Qəbələ Dövlət Peşə Təhsili Mərkəzi, Qəbələ rayon Gənclər və İdman idarəsi və Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun birgə imzaladığı əməkdaşlıq memorandumuna əsasən Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin idman zalında gənclər arasında voleybol idman növü üzrə

Turnirin keçirilməsində məqsəd idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, voleybol idman növünü gənclər arasında təbliğ etmək və kütləviliyini artırmaqdan ibarətdir. Gənclər arasında keçirilən voleybol üzrə Qəbələ rayon turnirinin yekununda Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin komandası I yerə, Qəbələ şəhər 5 saylı tam orta məktəbinin komandası II yerə, Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Qalib komandalara kubok və diplomlar, həmçinin hədiyyələr təqdim olunmuşdur.

29 Noyabr, 2021
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin növbəti “Pedoqoji Şura İclası” keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Mühəndis-Pedoqoji heyətin növbəti “Pedoqoji Şura İclası” keçirilmişdir

İclasda Mərkəzin direktoru Qalib Nəbiyev 2020- 2021- ci il tədris ilində əldə edilən uğurlu nəticələrdən, dövlət- özəl sektorla sıx əməkdaşlıqdan, imzalanmış memorandumların gələcək perspektivlərindən danışaraq, qazanılan uğurlara görə kollektivi təbrik etmiş, yeni tədris ilində bu fəlaiyyətlərin geniş formada davam etməsi istiqamətindəki proqramlar barədə məlumat vermişdir.

25 Noyabr, 2021

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev