Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

Dilim-dilim" söz oyununun qaliblərinin mükafatlandırma mərasimi

Dilim-dilim" söz oyununun qaliblərinin mükafatlandırma mərasimi

14 iyun - 14 iyul 2020-ci il tarixləri arası Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti arasında "Dilim-dilim" söz oyunu onlayn müsabiqəsi keçirildi. Müsabiqənin qalibləri - Könül Qiyaslını və Əfsanə Zakirovanı münsiflər heyəti adından Fatimə Tağıyeva, Namik Muradov, Camal Rəsulov və Reyhan Məmmədova təbrik etdilər.

https://www.youtube.com/watch?v=aWegqXPjyGc

Oyunun nəticələrinə həsr olunmuş studiya çəkilişini aşağıdakı linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=37qUlQgwqKE&t=1s
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib

“Karyera və iş yarmarkası”ını giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, tədbirin məqsədinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı, turizm müəssisələrinə gənc və peşə təhsilli peşəkarları tanıtmaq və potensial işçiləri tapmalarına dəstək həmçinin, gənclərə iş əldə etmək imkanı vermək olduğunu bildirmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Gabala Hospitality Groupun, Qəbələ Dövlət Bədii-Tarix Qoruğunun, Qəbələ Gənclər İdman İdarəsinin nümayəndələri çıxış edərək ölkədə aparılan sosial-iqtisadi inkişaf, əhaliyə göstərilən dövlət dəstək mexanizmlər və proqramlar haqqında geniş məlumat verilib.

4 May, 2021
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Qafqaz-Qəbələ" MMC, "Tufandağ"Qış Yay Turizm Kompleksi MMC və "Qəbələlənd" MMC arasında anlaşma memorandumu imzalanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Qafqaz-Qəbələ" MMC, "Tufandağ"Qış Yay Turizm Kompleksi MMC və "Qəbələlənd" MMC arasında anlaşma memorandumu imzalanıb

Memorandumda əsas əməkdaşlıq istiqamətləri bilik və bacarıqların daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində BTF-nin iştirakını təmin etmək və digər işgüzar əlaqələrin yaradılmasıdır

18 Mart, 2021
Təhsil Mərkəzində əyani dərslərə başlanıldı

Təhsil Mərkəzində əyani dərslərə başlanıldı

Təhsil Nazirliyinin 08 fevral 2021-ci il tarixli F-41 saylı "Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesinin əyani formada təşkil edilməsi" barədə əmrinə əsasən, 15 fevral tarixində Təhsil Mərkəzində praktik dərslərin, istehsalat təliminin və təcrübəsinin keçirilməsinə start verildi

15 Fevral, 2021