Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

"Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə edib

"Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi" publik hüquqi şəxs statusu əldə edib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında yaradılan “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.
        Təhsil Mərkəzi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, sub-bakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaqlar.

Təhsil Mərkəzində əyani dərslərə başlanıldı

Təhsil Mərkəzində əyani dərslərə başlanıldı

Təhsil Nazirliyinin 08 fevral 2021-ci il tarixli F-41 saylı "Xüsusi karantin rejimi dövründə peşə təhsili müəssisələrində tədris prosesinin əyani formada təşkil edilməsi" barədə əmrinə əsasən, 15 fevral tarixində Təhsil Mərkəzində praktik dərslərin, istehsalat təliminin və təcrübəsinin keçirilməsinə start verildi

15 Fevral, 2021
Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üçün tələbə qəbulu başlanır

Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üçün tələbə qəbulu başlanır

10 iyul -24 iyul tarixlərində peşə təhsili müəssisələrində tələbə qəbulu aparılacaqdır. Qəbul elektron qaydada həyata keçirilir.

10 Avgust, 2020
Dilim-dilim" söz oyununun qaliblərinin mükafatlandırma mərasimi

Dilim-dilim" söz oyununun qaliblərinin mükafatlandırma mərasimi

14 iyun - 14 iyul 2020-ci il tarixləri arası Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti arasında "Dilim-dilim" söz oyunu onlayn müsabiqəsi keçirildi.

30 İyul, 2020