Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə tədbir keçirilmişdir
Böyük mütəfəkkürə həsr olunmuş tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi, mühəndis-pedaqoji heyət və tələbələr iştirak etmişdir. Giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, Nizami Gəncəvinin dünya ədəbiyyat tarixinə verdiyi töhfələrdən söz açıb.
Tədbirdə "Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi" qrupunun tələbələri Sevda Alənmədova, Sənan Nəzirov, Nicat Rəsulov, Elnur Sədullayev və Fidan Rəsulova, "Baytarlıq və heyvandarlıq" qrupunun tələbələri Vüqar Əhmədov, Hüseyin Şükürlü, Elvira Nəzirova, Rəvan Səmədov və Rəşidov Rəşad fəal iştirak etmişlər. Tələbələr Nizami Gəncəvini "Kərpickəsən kişinin dastanı" əsərini səhnələşdirmiş, dahi şairin şeirlərindən nümunələr və poemalarından qəzəllər səsləndirmişlər.  
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, Məşvərət Şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.

2 Dekabr, 2021
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

"Xalçaçılıq" qrupunun istehsalat təlim ustası Əhmədova Şəhla tərəfindən Qarabağ xalçalarının bədii qurluşu, texnoloji xüsusiyyətləri, rəng çalarları, Qarabağ xalçaçılıq məktəbinin qolu olan Şuşa xalçalarının zəngin kompozisiyası, 44 günlük Vətən müharibəsinin Zəfərinə həsr olunmuş ,,Zəfər" xalçası haqqında geniş təqdimat hazırlanaraq tələbələr məlumatlandırılmışdır.

2 Dekabr, 2021
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

30 Noyabr, 2021

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev