Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Turizm sahəsində Dual peşə təhsili və təlimi Təhsil Proqramının icrası istiqamətində tədbir həyata keçirib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Turizm sahəsində Dual peşə təhsili və təlimi Təhsil Proqramının icrası istiqamətində tədbir həyata keçirib
Tədbir “Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə təhsil alan tələbələrlə və müəssisədən olan kuratorlarla birlikdə Qafqaz Riverside Hoteldə baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin otellərdəki iş qrafikləri müəyyənləşdirilib.
Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq tələbələr 5 həftə ərzində təhsil müəssisəsində ilkin baza biliklərə sahibləniblər. Növbəti mərhələdə seçilmiş 40 nəfər tələbə peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, qabaqcıl otellərdə seçilmiş şirkətdaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.
Bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də “Qafqaz-Qəbələ” MMC-nin otellərində təcrübə qazanaraq diplom əldə edəcəklər.
“Aşpaz” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisaslarında təhsil alan tələbələrin Qafqaz - Qəbələ MMC ilə bağlanmış müqaviləyə əsasən tədris ili boyunca müxtəlif dövrlərdə tədris planına uyğun olaraq, istehsalat təlimi və təcrübəsi təşkil olunacaqdır.
Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində keçirilən proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
 
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, Məşvərət Şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.

2 Dekabr, 2021
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

"Xalçaçılıq" qrupunun istehsalat təlim ustası Əhmədova Şəhla tərəfindən Qarabağ xalçalarının bədii qurluşu, texnoloji xüsusiyyətləri, rəng çalarları, Qarabağ xalçaçılıq məktəbinin qolu olan Şuşa xalçalarının zəngin kompozisiyası, 44 günlük Vətən müharibəsinin Zəfərinə həsr olunmuş ,,Zəfər" xalçası haqqında geniş təqdimat hazırlanaraq tələbələr məlumatlandırılmışdır.

2 Dekabr, 2021
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

30 Noyabr, 2021

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev