Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin layihəsi çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılmışdır.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Uşaqlar Birliyi,uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin layihəsi çərçivəsində uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzi yaradılmışdır.

Uşaqlar üçün Qəbələ günərzi qayğı mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir.

Eyni zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dayə ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə praktik olaraq istehsalat təlimləri keçir, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edirlər. Digər tərəfdən, qənnadçı, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanmasında yaxından köməklik göstərirlər.

 

 

Mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlar 2 qrupda 30 nəfər ( hər qrupda 15 nəfər olmaqla) yerləşdirilmişdir. Onların davranış emosianal və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi işçilərinin əsas vəzifələrindəndir.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi günərzi mərkəzinin fəaliyyəti ilə tanış olmuş, uşaqlar üçün yaradılmış şəraiti yaxından izləyərək, mərkəzin fəaliyyətinə tövsiyyələrini vermişdir.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi təlimi keçirilib

Təlimin əsas məqsədi Almaniya Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşən “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual yönümlü peşə təhsili pilot proqramının hazırlanması” layihəsi çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında yaradılmış dual peşə təhsili yanaşmasından qazanılmış təcrübə və çıxarılmış nəticələri Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş mentorlarla paylaşmaq olub. Bu mübadilə təlimində iştirakçılar mentorun vəzifə və məsuliyyətləri, fəaliyyət və tədris planının işlənilməsi, Məşvərət Şurasının əsasnaməsinin tərtibi, özəl şirkətlərlə memorandum və müqavilələrin hazırlanması, kurikulum və təlim modullarının tərtibi, tələbələrin şəxsi keyfiyyətlərinin müəyyən edilməsi və ixtisasla əlaqələndirilməsi mövzuları üzrə bilik və bacarıqlarını artırıblar.

2 Dekabr, 2021
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Qarabağ xalçaçılıq məktəbi" mövzusunda xüsusi dərs keçirilib

"Xalçaçılıq" qrupunun istehsalat təlim ustası Əhmədova Şəhla tərəfindən Qarabağ xalçalarının bədii qurluşu, texnoloji xüsusiyyətləri, rəng çalarları, Qarabağ xalçaçılıq məktəbinin qolu olan Şuşa xalçalarının zəngin kompozisiyası, 44 günlük Vətən müharibəsinin Zəfərinə həsr olunmuş ,,Zəfər" xalçası haqqında geniş təqdimat hazırlanaraq tələbələr məlumatlandırılmışdır.

2 Dekabr, 2021
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA ( KOB Azərbaycan / SMB Azerbaijan ) və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Layihə çərçivəsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarındakı peşə təhsil müəssisələrinin sonuncu kursunda təhsil alan və sahibkarlığa maraq göstərən gənclərin seçimi və maarifləndirilməsi həyata keçiriləcək. Üç ay davam edəcək biznes və peşə təlimlərini uğurla başa vuran gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

30 Noyabr, 2021

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev