Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

Seçilmiş peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera Məsləhətçiləri üçün Təlim Proqram”ının yekunlaşması çərçivəsində iştirakçılarına sertifikatlar təqdim edilib

Proqram çərçivəsində Qəbələ, Bakı, Gəncə, Şəki, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibə mərhələsinə dəvət alıb və nəticədə 22 iştirakçı təlimləri uğurla tamamlayıb.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Türkan Rzayeva öz yüksək göstəriciləri ilə fərqlənmişdir. Əməkdaşımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ - Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində görüş keçirilmişdir.

26 Yanvar, 2022
Tələbələrimiz üçün  “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilib

Tələbələrimiz üçün “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilib

“Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisasının tələbələri üçün Mərkəzin istehsalat təlim ustası Aynurə Tahirli tərəfindən “Restoran biznesində satışın yüksəldilməsi” mövzusunda təlim keçirilmişdir. Təlim zamanı tələbələrə restoranlarda satışın yüksəldilməsi üçün bir sıra marketing strategiyaları, restoran biznesində onlayn və oflayn marketing haqqında geniş məlumatlar verilmiş, sonra tələbələrin sualları cavablandırılmışdır.

24 Yanvar, 2022
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili səviyyəsi üzrə semestr imtahanları başlanıldı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili səviyyəsi üzrə semestr imtahanları başlanıldı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yüksək peşə təhsili üzrə tədris planlarına və Təhsil Nazirliyi Kollegiyasının 2019-cu il 13 mart tarixli KQ-06 №-li təsdiq edilmiş dəyişikliklərlə “Peşə təhsili pilləsində təhsilalanların attestasiyası” qaydaları əldə rəhbər tutularaq, yüksək peşə təhsili üzrə qeyd olunan ixtisaslar (“mühasibat uçotu”, “mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” və “veb dizayn və proqram təminatı”) üzrə 2021-2022-ci tədris ilində payız semestr imtahanları başlanıldı.

21 Yanvar, 2022

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev