Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Bütün xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Gənc sahibkarlara dəstək və gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı” gənclər və sahibkarlıq subyektləri ilə sahəvi görüş keçirilmişdir
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB Azərbaycan / SMB Azerbaijan) KOB Dostu departamentinin Şəki-Zaqatala regional kordinatorluğunun Oğuz – Qəbələ KOB dostu və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən birgə təşkil olunmuş Qəbələ - Oğuz rayonlarından olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim-tələbə heyəti ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində görüş keçirilmişdir.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru tərəfindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” layihəsi haqqında təqdimat keçirilmişdir. Təqdimatda, layihənin məqsədi, tərəfdaşları, mərhələləri, nəticə və davamlılıq haqqında geniş məlumat verilmişdir.
Oğuz – Qəbələ KOB dostu tərəfindən biznes bacarıqlarının inkişaf etdirilməsi və gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, rayon və kənd yerlərindəki gənclərə, startapçılara KOBİA tərəfindən göstərilən xidmətlər, KOB dostunun fəaliyyət istiqamətlərinə dair tədbir iştirakçılarına məlumat verilmişdir.
Eyni zamanda tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəsi, Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Aqrar Kredit və İnkişafı Agentliyinin, Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak etmişdir. Mövzu ilə bağlı sahibkarları maraqlandıran suallar aidiyyatı qrumlar tərəfindən cavablandırılıb. Gənclərə və sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri, Özünüməşğulluq proqramından yararlanmaq qaydalarına dair məlumat verilib, güzəştli kreditlərin verilməsi və.s barədə müzakirələr aparılıb, gənclərin və sahibkarların təklifləri dinlənilib.
Qəbələ, Quba və Xaçmaz Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı peşə təhsil müəssisələri və şirkətlər arasında təcrübə mübadiləsi aparıblar

Qəbələ, Quba və Xaçmaz Məşvərət Şurasının üzvləri Qəbələ və İsmayıllı peşə təhsil müəssisələri və şirkətlər arasında təcrübə mübadiləsi aparıblar

8-10 fevral 2022-ci il tarixlərində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” (PSD TVET) proqramının təşkilatçılığı ilə Quba və Xaçmaz Məşvərət Şurası üzvlərinin Qəbələ və İsmayıllıya mübadilə səfəri keçirilmişdir.

10 Fevral, 2022

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev