Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Maddi-texniki baza

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi  üç mərtəbəli bir tədris korpusundan ibarətdir. Korpusda idman zalı, 3 ümumtəhsil laboratoriyası, 2 İKT kabineti, kitabxana, 196 yerlik akt zalı, tibb otağı, müşavirə otağı və sinif otaqları vardır. Mərkəzdə müasir tələblərə cavab verən “Gənclərin çağırışaqədərki hazırlıq” kabineti yaradılmışdır ki, burada da kompyuterlə idarə edilən silah simulyatoru və silah saxlama otağı qurulmuşdur. Təlim məqsədi ilə aavtomat silahlar da verilmişdir.  Təhsil mərkəzində 5 ədəd proyektor qurulmuşdur ki, bu İKT-nin imkanlarından geniş istifadə edilməsinə imkan yaradır. Tədris korpusunda turizm sahəsi üzrə də maddi-texniki baza yaradılmışdır. Bura qeydiyyat otağı, müasir mətbəx, 100 yerlik yeməkxana, otel otağı və restoran daxildir.

Mərkəzdə 4 bölmədən ibarət emalatxana korpusunda müasir avadanlıqlarla təchiz edilmiş çilingərlik, dülgər-xarrat, qaynaq emalatxanaları və traktorlar laboratoriyası yerləşir. Bundan əlavə həmin korpusda 2 material anbarı, sinif otaqları, paltar dəyişmə yeri və sanitar qovşaq da qurulmuşdur.

Mərkəzdə ayrıca olaraq müasir 2 simulyatordan, yük və minik avtomobilindən ibarət  təlim otağı yaradılmışdır ki, bu da gələcəkdə sürücü kadrların hazırlanması üçün əvəzedilməz texniki bazadır.

Yeni Təhsil Mərkəzinin ərazisi 2,85 ha-dır. Bunun 3500 m2 bağ sahəsidir ki, burada da 250-dən artıq meyvə və digər ağaclar əkilmişdir. Mərkəzin həyətində müasir futbol meydançası qurulmuş və 1 ha-dan artıq sahədə yaşıllıq zonası salınmışdır. 7000 m2 sahədə asfalt örtüyü, 100 tonluq çirkab su anbarı, 3 ədəd içməli və yanğın əleyhinə su anbarı qurulmuşdur.