Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Missiya və vision

Missiya:

Əmək bazarının müasir tələblərinə uyğun müxtəlif təhsil bazalı və sosial statuslu təhsilalanlar üçün keyfiyyətli təhsil verməklə, müstəqil, səriştəli, təşəbbüskar, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik, biznes təfəkkürlü, əməksevər və vətənpərvər kadrlar hazırlayaraq, ölkədə və regionda öz seqmentində lider mövqeyə sahib, modern və yenilikçi peşə təhsili müəssisəsi kimi fəaliyyət göstərmək.

 

Vizion:

- ölkədə dual sistemin ilk tətbiq olunduğu peşə məktəbi kimi bu sahədə liderliyi qorumaq və inkişaf etdirmək, biznes qurumları və işəgötürənlərlə əməkdaşlıq səviyyəsinin möhkəmləndirmək;
- məktəbin maddi-texniki bazasını möhkəmləndirilmək və kadr potensialının keyfiyyətini artırmaq, müasir tələblərə uyğun yeni ixtisasların tədrisini təşkil etmək, yüksək peşə təhsili vermək;
- Təhsil Mərkəzini region üçün peşə təhsili üzrə innovativ resurs mərkəzinə çevirmək;
- İxtisaslara uyğun sahələrdə aktiv təsərrüfat fəaliyyəti göstərmək;
- heyətin və tələbələrin sosial-mədəni və məişət şəraitinin yaxşılaşdırılmasına daim qayğı göstərmək;
- beynəlxalq əlaqələri inkişaf etdirmək, təhsil xidmətlərinin ixracatçısı olmaq.