Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Direktor müavinləri

 

Tədris - istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov


 
Camal Qiyas oğlu Rəsulov  9 sentyabr 1961-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Qutqaşın rayon internat məktəbini və 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun "Kənd təsərrüfatının mexanikləşdirilməsi" fakultəsini bitirmişdir. 01 sentyabr 1984-cü ildə təyinatla Qutqaşın 141 nömrəli Orta Texniki Peşə Məktəbinə müəllim kimi göndərilmişdir.

1988-1993-cü illərdə baş usta vəzifəsində çalışmışdır.

Yenidən hazırlanma təhsili keçərək  riyaziyyat-informatika müəllimi ixtisası almışdır. Dəfələrlə ixtisasartırma kurslarında və təlimlərdə  iştirak etmişdir.

1996-cı ildən Tİİ üzrə direktor müavini vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

 

  

 

İnzibati - təsərrüfat işləri üzrə direktor müavini Dağlar Rəfiyev

Rəfiyev Dağlar Azər oğlu

27 may 1992-ci ildə Qəbələ rayon Abrıq kəndində anadan olmuş, Abrıq kənd orta məktəbində oxumuşdur. 2013 –cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasın "Yanğın Təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2013-2015 FHN MMQ N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmət etmişdir.

2017-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.  Ailəlidir, 1 övladı var.