Tədris - istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov
Rəsulov Camal Qiyas oğlu 9 sentyabr 1961-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. Qutqaşın rayon internat məktəbini və 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun "Kənd təsərrüfatının mexanikləşdirilməsi" fakultəsini bitirmişdir. 01 sentyabr 1984-cü ildə təyinatla Qutqaşın 141 nömrəli Orta Texniki Peşə Məktəbinə müəllim kimi göndərilmişdir.
1988-1993-cü illərdə baş usta vəzifəsində çalışmışdır.
Yenidən hazırlanma təhsili keçərək riyaziyyat-informatika müəllimi ixtisası almışdır. Dəfələrlə ixtisasartırma kurslarında və təlimlərdə iştirak etmişdir.
1996-cı ildən Tİİ üzrə direktor müavini vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.
Tərbiyə işləri üzrə direktor müavini Məmmədova Reyhan Səhrab qızı
Məmmədova Reyhan Səhrab qızı 25 dekabr 1967-ci ildə Ağdaş rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1975-ci ildə Ağdaş şəhər 2№ li orta məktəbə daxil olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakultəsinə daxil olmuşdur. 1990-cı ildə həmin intstitutu tarix, əlavə dövlət hüququ ixtisası üzrə bitirmişdir.
1990-2009-cu illər ərzində Qəbələ şəhər 2№li orta məktəbdə müəllim işləyib. 2009-2021-ci illər ərzində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Tİİ üzrə direktor müavini işləmişdir.
1 mart 2021-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.
İnzibati - təsərrüfat işləri üzrə direktor müavini Dağlar Rəfiyev
Rəfiyev Dağlar Azər oğlu 27 may 1992-ci ildə Qəbələ rayon Abrıq kəndində anadan olmuş, Abrıq kənd orta məktəbində oxumuşdur. 2013 –cü ildə Fövqəladə Hallar Nazirliyinin Akademiyasın "Yanğın Təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə leytenant hərbi rütbəsi ilə bitirmişdir. 2013-2015 FHN MMQ N saylı hərbi hissəsində taqım komandiri vəzifəsində xidmət etmişdir.
2017-ci ildən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.