Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Uğur hekayələri

  •  
  • Mən Ağammədov Səlahəddin Elşad oğlu 1989-ci il noyabrın 28-də Qəbələ rayon Bum qəsəbəsində anadan olmuşam. 2011-ci ildə Qəblə Dövlət Peşə Mərkəzində aşpaz ixtisasına qəbul olmuşam. İstehsalat təcrübəmi Qafqaz Riverside Hoteldə keçmişəm. Uğur hekayəm elə bu vaxtdan başlamışdır. İstehsalat təcrübəmi bitirdikdən sonra həmin müəssisə məni işlə təmin etmişdir. Salatçı köməkçisi kimi fəaliyyətə başlamışam, 10 il ərzində Şef salatçı vəzifəsinə kimi yüksəlmişəm.

    Sevdiyim sənətin arxasıyca getdiyimə görə çox xoşbəxtəm. Belə düşünürəm ki, bir şəxs ki sevdiyi peşənin arxasıyca getsə, həyatda uğur qazanar.

  • Mən Elman Nazim oğlu Səfərov 1978-ci ildə Qəbələ rayon Zarağan kəndində anadan olmuşam. 43 yaşım var. Orta məktəbi Zarağan kənd 1 nömrəlidə oxumuşam. Uşaqlıqdan qənnadçı-şirniyyatçı peşəsinə marağım böyük idi. 1999-cu ildə “Kamaloğlu” Şirniyyat evində usta yanında şagird kimi fəaliyyətə başladım.

    Düzü etiraf edim ki, hər dəfə tələbə həmyaşıdlarımı gördükdə onlara heyranlıqla baxırdım. Sonradan bir işin peşəkarı olmaq üçün həmin sənətə yiyələnmək lazım olduğunu düşündüm. Öz işimi öyrənməyə və işimin peşəkarı olmaq üçün çoxlu təcrübələr əldə etməyə başladım. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qənnadçı-şirniyyatçı peşəsinin tədris edildiyini bildim və orda təhsil almağa qərar verdim. 2018-2019-cu illərdə təhsil alaraq diplom əldə etdim və hal-hazırda “Kamaloğlu”-da baş şirniyyatçı işləyirəm. Hər kəsə öz işinin peşəkarı olmağı və düzgün peşə seçimi etməyi arzulayıram.

 

Caspian Balıq Evi ilə əməkdaşlığımız çərçivəsində “Aşpaz” ixtisasının məzunu Abdullayev Rəşad “Aşpaz” vəzifəsinə təyin olunub.

Məzunumuzu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev