Azərbaycan Respublikası
Təhsil Nazirliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Yüksək texniki peşə təhsil

 
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Yüksək texniki peşə təhsili almaq istəyən şəxslər, http://portal.edu.az/ saytından qeydiyyatdan keçə bilərlər.
  Yüksək texniki peşə təhsilinin üstünlükləri:
  • Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər hesab olunacaq;
  • Subbakalavr peşə-ixtisas dərəcəsi alaraq müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə ediləcək;
  • Təhsil müddəti 3-4 il olan bu tədris proqramında təhsil alan tələbələr nəzəri biliklərlə yanaşı maksimum praktik bacarıqlara da yiyələnəcəklər.
 
  Təhsil müddətində bilik və bacarığına görə fərqlənən təhsilalanların eləcə də təhsilini müvəffəqiyyətlə bitirmiş məzunların işlə təmin olunmasına Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən dəstək verilir.

“Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.”

Heydər Əliyev