Biz Sizinlə fəxr edirik!
Əfəndiyev İlham Qüdrət oğlu - Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi.
1977-ci il sentyabr ayının 28-də Qəbələ rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. 1995-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1999-cu ildə bakalavr, 2001-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2004-cü illərdə AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışdıqdan sonra 2004-cü il fevral ayının 29-da leytenant rütbəsi ilə həqiqi hərbi xidmətə çağırılmışdır. Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə Artilleriya Divizionunun kəşfiyyat rəisi kimi xidmət etmişdir.
44 günlük Vətən müharibəsi zamanı Xüsusi təyinatlı əlahiddə kəşfiyyat taborunun radioelektron kəşfiyyat taqım komandiri olmuşdur.
