Tədbirdə Mərkəzin tələbələri, mühəndis-pedoqoji və inzibati heyət iştirak etmişdir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova çıxış edərək, 1994-cü ildə Ümummilli Liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də Gənclərin I Forumunun keçirilməsi, 1997-ci ildən etibarən 2 fevral tarixinin “Azərbaycan gəncləri günü” elan edilməsini vurğulayıb, Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdıraraq, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Daha sonra Təhsilalanlarla iş şöbəsinin müdiri Anar Məhərrəmov “Peşəni sevmək uğurun yarısıdır” mövzusunda təlim keçmişdir. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, peşə və ixtisas, peşəni sevərək seçməyin əhəmiyyəti, peşələrin növləri, Karyeranın inkişafında düzgün peşə seçiminin vacibliyi və s. haqqında geniş məlumat vermişdir.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.