Yanvar ayının 13-17 tarixləri aralığında məktəbimizdə 20 yanvar hadisələrinə dair silsilə tədbirlər tədbirlər keçirilmişdir.
Azərbaycan xalqının tarix kitabına qanla yazılmış səhifə olan “Ümumxalq hüzn günü” 20 Yanvarın 30-cu il dönünü ərəfəsində hər il oluduğu kimi bu ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ənənəyə sadiq qalaraq rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişdilər. Tələbələrlə birgə ziyarətə gedən qrup rəhbərləri və müəllimlər 20 Yanvar gününün Azərbaycan xalqının yaddaşında heç zaman silinməyəcək izlər buraxdığını, bu izin yalnız, qələbə əldə edəcəyimiz gün – şəhidlərimizin qisası alındığı gün, silinəcəyini bildirmiş, həmin günün tarixi barədə müfəssəl məlumat vermişlər.
Tələbələrə tövsiyə olunmuşdur ki, hər zaman, hər yerdə vətənimizin bütovlüyü uğrunda canından keçmiş “Şəhid” adına hörmətlə yanaşıb, onların bizə əmanət etdiyi vətənimizə sadiq qalıb, onun azadlığı uğrunda öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirsinlər.
16 yanvar tarixində məktəbin tələbə kontingenti ilə birlikdə 20 yanvara həsr olunmuş filmə açıq baxış keçirilmişdir.
17 yanvar tarixində “Qanlı yanvar- tariximizin qan yaddaşı” mövzusunda xüsusi dərs keçirilmişdir. Dərsi məktəbin psixoloqu Z. Hüseynova keçmişdir.
17 yanvar tarixində 20 yanvar hadisələrinə həsr olunmuş mumməktəb tədbiri təşkil edilmişdir. Tədbiri məktəbin müəllimi F. Tağıyeva açaraq, bu tarixin əhəmiyyəti barədə məlumat verərək, sözü məktəbin direktoru, iqtisad elmləri namizədi Namik Muradova verdi. Direktor qeyd etdi ki, tariximizdə baş verən belə qanlı hadisələr xalqımızın iradəsini qıra bilmədi və biz yenə də müstəqilliyimizi əldə edərək, artıq dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olmuşuq. Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edildi və müəllimlərin çıxışları ilə tədbir sona çatdı.