İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 gün davam edən müharibə ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan işğal aldındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.
Kollektimizdə Azərbaycan xalqının qazandığı Böyük Zəfərdə payı olan və bu Tarixi Qələbənin əldə olunmasında qəhrəmanlıqla iştirak etmiş müəlllim və tələbələrin olması çox qürurvericidir. Onların keçdiyi döyüş yolları barədə xatirələri, ürək sözləri bizim üçün dəyərlidir. Mərkəzin direktoru onu da vurğuladı ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün bu kimi tədbirlərin rolu əvəzsizdir.
Daha sonra Mərkəzin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev, Mərkəzin istehsalat təlim ustası Bağıyev Vüqar, Mərkəzin ixtisas fənn müəllimləri Kazımlı Fuad, Mustafayev Cavid öz çıxışlarında bildirdilər ki, 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Onlar həmçinin qeyd etdilər ki, Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Turizm sahəsində iaşə” ixtisası üzrə təhsil alan tələbə Zülfüqarov Səfa, “Aqroservis mütəxəssisi” ixtisası üzrə təhsil alan tələbə- qazi Qasımov Bəxtiyar, “Çilingər santexnik” ixtisası üzrə təhsil alan tələbə-qazi Eyvazov Elşən və digər müharibə iştirakçıları öz əsgəri borclarını ləyaqət və şərəflə yerinə yetirdiklərindən söz açdılar. Müharibə iştirakçısı olan tələbələr qeyd etdilər ki, Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanında aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
Tədbirə toplaşan tələbələr Vətən müharibəsi iştirakçılarının çıxışlarından onların qəlblərindəki Vətən sevgisinin, düşmənə qarşı olan intiqam və Qalib Xalqın Qalib əsgəri olmaqdan keçirtdikləri qürur hissinin aliliyi duydular.