Categories
Uncategorized Xəbərlər

3 iyun 2021-ci il tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və Qəbələ rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə onlayn tədbir keçirildi

Görüş “Ümumtəhsil və peşə təhsili müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi” mövzusuna həsr olunmuşdu.
Tədbirdə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev müəssisənin fəaliyyəti haqqında dolğun məlumat verdi və təqdimat etdi. O, bildirdi ki, Təhsil Mərkəzində həm turizm, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrlar hazırlanır.

Görüşdə iştirak edən Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə onların maraqlarının, bacarıqlarının, şəxsi keyfiyyətlərinin düzgün formalaşdırılmasının böyük önəm daşıdığını vurğuladı. O, ümumtəhsil məktəbləri ilə peşə təhsili müəssisələrinin bu sahədə əməkdaşlığını yüksək qiymətləndirdi.

Tədbirdə iştirak edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov və Tərbiyə İşləri üzrə direkrtor müavini Reyhan Məmmədova öz çıxışlarında qeyd etdilər ki, görüşün təşkil olunmasında məqsədimiz Peşə Təhsil Mərkəzi haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına nail olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471