Qəbələ Dövlət Peşə Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi Layihə İdarəetmə Ofisinin dəstəyi ilə keçirilən 2 aylıq ödənişsiz qısamüddətli peşə təlimləri başa çatmışdır.

Peşə təlimləri “Qrafik dizayner” və “Sistem və şəbəkə inzibatçılığı” ixtisasları üzrə təşkil olunmuşdur. Qısamüddətli peşə kurslarında hər qrup üzrə 10 nəfər olmaqla ümumilikdə 20 nəfər müdavim təhsil almışdır. Müdavimlər bu qısamüddətli kurslar ərzində “Photoshop”, “Adobe İllustrator”, “Şəbəkə texnologiyaları”, “İP ünvanlar haqqında məlumat”, “Virtual maşın anlayışı”, “Windows server 2016 daxili əməliyyat sistemləri” və s. proqramlar üzrə praktiki və nəzəri biliklərə yiyələnmişdirlər.

Qısamüddətli peşə təlimi kurslarının müdavimləri 29 avqust 2022-ci il tarixində kursun yekununa dair imtahan vermişlər. Sonda müdavimlərə sertifikatların verilməsi üçün imtahan nəticələri protokollaşdırılaraq, Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.