Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar mühəndis-pedoqoji heyəti və tələbələri təbrik etmişdir.
Q.Nəbiyev Türkiyə peşə təhsil müəssisələrilə əməkdaşlıq, işəgötürən müəssisələrlə imzalanmış memorandomların əhəmiyyətindən, görülmüş digər işlərin tələbələrimizin tədris və təliminə müsbət təsirindən danışmış, yeni dərs ilində pedaqoji heyətə, müəllim və tələbələrə uğurlar arzulamışdır.
Q.Nəbiyev Müzəffər ordumuzun qəhrəmanlıqlarından danışaraq, Azərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirdiyini bildirmişdir. Xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə yarana biləcək təhdidin aradan qaldırılmasında şanlı ordumuzun şücaət göstərdiyini, yeni bir qəhrəmanlıq səlnaməsi yazdıqlarını vurğulayaraq, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını diləmişdir.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, tədbir iştirakçılarına və tələbələrə qəbul prosesi, tədris və təlim fəaliyyəti barədə ətraflı məlumat verdi, iştirakçılara bu ilki qəbulla bağlı məlumat verərək bildirdi ki, 2022-2023-ci tədris ilində aqrar, turizm və sanayenin digər sahələri üzrə ümumilikdə 39 qrup üzrə 420 tələbə, 6 qrup üzrə Yüksək Texniki Peşə (Subbakalavr) ixtisasları üzrə 120 tələbə qəbulumuz reallaşıb. Keçid qruplarında isə 289 nəfər tələbəmizin təhsilini davam etdirdiyini bildirmişdir.