Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin məzunu olmuş, şəhid Eyyubov Sərvanın anım mərasimi keçirilmişdir

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən anım mərasimləri keçirilir. 12 oktyabr 2022-ci il tarixində Böyük Pirəlli kəndində anadan olmuş şəhidimiz Eyyubov Sərvanın anım mərasimində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri də iştirak etmişlər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin adından şəhidin məzarı önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Sonra şəhid Eyyubov Sərvanın ruhuna ehtiram məqsədilə onun evində təşkil olunmuş anım mərasimində iştirak edən kollektiv şəhidin ailə üzvlərinə və yaxınlarına başsağlığı vermiş, ona Allahdan rəhmət diləmişlər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə dövlətimizin rəhbərliyinə minnətdarlıqlarınl bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471