Categories
Xəbərlər

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin kollektivi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər etmiş, infotur keçirilmişdir

Qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə yaxından tanış olmuş, tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, “Aşpaz”, “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı məlumat almış, mərkəzdə inkiluziv təhsilin təşkili ilə bağlı şəraitlə tanış olmuşlar.

Daha sonra ekskursiya iştirakçılarına Mərkəzin akt zalında əyləncəli səhnəciklər nümayiş etdirilmiş, Mərkəz tələbələrinin əl işlərindən ibarət hədiyyələr təqdim edilmişdir. Qonaqlarla çay süfrəsi ətrafında səmimi söhbətlər aparılmış, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Uşaq Reablitasiya Mərkəzinin bundan sonra sıx əməkdaşlıq edəcəyi vurğulanmışdır.

Xatırladaq ki, müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzi də ötən ilin dekabr ayında istifadəyə verilmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkilləri çəkdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471