Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçirilən intellektual yarışda 13 komanda üzrə 65 gənc iştirak edib.

Yarış iştirakçıları 44 günlük Vətən müharibəsi, Milli Qəhrəmanlarımız, yerli silahlar və Qarabağın tarixinə dair sualları cavablandırmağa çalışıblar.

Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə “Qələbə” komandası I, “Şuşa” komandası II, “Əsgər” komandası III yerə layiq olub.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Yarışda iştirak edən hər bir gəncə öz təşəkkürümüzü bildiririk.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.