Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Gələcək Naminə İctimai Birliyi və İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin birgə təşkilatçılığı ilə peşə təhsili alan gənclər arasında “Gənclərin Zəfər Kuboku” adlı intellektual oyun təşkil olunmuşdur

Layihənin əsas məqsədi xalqımızın tarixini, mədəniyyətini və milli-mənəvi dəyərləri təbliğ etmək, şəhidlərimizin xatirəsini yaşatmaq, ana dilində intellektual oyunlar hərəkatını güclü və dayanıqlı layihə olaraq region gəncləri arasında təşkil etməkdən ibarətdir. Yarışmada 6 komanda olmaqla toplamda 36 tələbə mübarizə aparmışdır.

Sonda isə “Zəfər” kamandası qalib gəlmişdir. Qalib komandalar kubok, diplom və medalla təltif edilmişdir.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471