Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və müvəkkil kredit təşkilatlarının nümayəndələri, eləcə də Qəbələ və Oğuz rayonlarından olan sahibkarların iştirakı ilə dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması mövzusunda tədbir keçirilmişdir.

Çıxış edənlər tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” izah olunmuş, Fondun prioritet istiqamətləri və sahibkarlardan gözləntiləri barədə məlumat verilmişdir.

Tədbirdə həmçinin Sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələrinin işgüzar münasibətlər qurması və kredit alınması ilə bağlı məsələlər müzakirə edilmiş, eyni zamanda sahibkarların maliyyə əlçatanlığı ilə bağlı çətinliklər öyrənilmiş və bu çətinliklərin aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılacağı izah edilmişdir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.