Categories
Xəbərlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İctimai iaşə müəssisələrindəki avadanlıqlardan istifadə və təhlükəsizlik qaydaları” mövzusunda Açıq Dərs keçirilib

Mərkəzin “Aşpaz” ixtisasının istehsalat təlim ustası Abduxalıqov Azər tərəfindən “İctimai iaşə müəssisələrində işlədilən alətlər, ləvazimatlar, elektrik avadanlıqları və onlarla işləyərkən təhlükəsizlik texnikası qaydaları” mövzusunda Açıq Dərs keçirilib.

Açıq dərs zamanı tələbələr Mərkəz yeməkxanasında və laboratoriyasında tətbiq olunan alət və avadanlıqlarla tanış olub, onların istismarı, təhlükəsizlik qaydaları izah olunub. Əvvəlcə Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib, ictimai iaşə müəssisələrindəki səyyar avadanlıqların iş prinsipləri, təhlükəsiz iş şəraitinin yaradılmasının vacibliyi qeyd olunub. Daha sonra plakatlardakı mövzularla tələbələr tanış edilib.

Sonda Mərkəzin tələbələri tərəfindən Türk iş adamı Sakip Sabancının sağlamlıq haqqında dediyi fikirləri səsləndirilib və tələbələr arasında qiymətləndirilmə aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471