Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ şöbəsi ilə “Rabitə avadanlıqlarının quraşdırırıcısı” ixtisası üzrə Dual peşə təhsili və təliminə əsasən proqrama start verilmişdir

Tədbir Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ şöbəsində baş tutub. Görüşdə tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin müəssisədə iş qrafikləri müəyyənləşdirilib.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev və Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ şöbəsinin müdiri Etibar İsayev iştirak ediblər.

Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq, tələbələr tədris ilinin sonuna qədər təhsil müəssisəsində ilkin baza biliklərə sahiblənəcəklər. Bu ixtisas üzrə tələbə statusu almış 16 nəfər peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, şöbədaxili təlimçilər vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.

Müəssisədə tələbələrin Dual peşə təhsili və təliminə rəhbərlik üçün təlimçilər ayrılıb və tələbələrin SƏTƏM qaydaları üzrə təlimatlandırılması həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471