Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, daha sonra şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Tədbirdə Mərkəzin İkinci Qarabağ müharibəsində iştirak edən mühəndis -pedaqoji heyətin üzvləri Azərbaycanın qüdrətli ordusunun ermənilər üzərində qələbəsindən və Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz, qazilərimiz və şəhid ailələrinə göstərilən diqqət, qayğıdan danışmışdırlar.
Hal-hazırda işğaldan azad edilmiş bölgələrdə həyata keçirilən sürətli bərpa və quruculuq işlərinin Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdirlər.
Torpaqlarımızın azad olunmasında payı olan tələbə heyətini qazanılmış qələbə münasibətilə bir daha ürəkdən təbrik edərək, onlara təhsil aldıqları 2023-2024-cü tədris ili üzrə uğurlar arzulamışdırlar.
Daha sonra Mərkəzdə təhsil alan müharibə iştirakçıları və qazi tələbələri tərəfindən çıxışlar edilmiş, müharibə zamanı yaşadıqları xatirələr Mərkəzin tələbələri tərəfindən böyük maraq və qürur hissi ilə dinlənilmişdir.
Bir daha Torpaqlarımızın azad olunmasında canından keçərək şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarına Allahdan rəhmət və onların ailələrinə səbr, qazilərimizə isə tezliklə öz sağlamlıqlarına qovuşmağı diləyirik.