Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis-pedaqoji heyəti “27 Sentyabr – Anım Günü” ilə bağlı ümumrayon tədbirində iştirak etmiş, Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Sonra Təhsil Mərkəzində bugünkü zəfər sevincini yaşatmaq üçün torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir daha anılmışdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Azərbaycanın müstəqiliyi uğrunda canından keçmiş, 44 günlük Vətən müharibəsində ömürlərini fəda etmiş, Antiterror əməliyyatında böyük şücaət göstərmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində iştirak etmiş qazi və müharibə iştirakçılarının, şəhid ailə və yaxınlarının daim diqqət mərkəzində saxlanılmasının vacib olduğunu vurğulamışdırlar. Onlar Müzəffər Ordumuzun zəfər çalaraq dünyaya Azərbaycan xalqının gücünü, qüdrətini bir daha göstərdiyini və gənclərin vətənpərvər yetişdirilməsində təhsil ocaqlarının böyük rolu olduğunu xüsusi qeyd etmişdirlər.
Çıxış edənlər həmçinin II Qarabağ müharibəsinin ölkəmizin parlaq qələbəsi ilə başa çatmasının və ordumuzun Zəfər uğrunda mübarizəsinin Azərbaycanın bugünü üçün əvəz ediməz hadisə olduğunu vurğulamış, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləklərini çatdırmışdırlar.
Tədbirin sonunda Mərkəz tələbələri tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilmişdir.