Görüşdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və “Turizm Təşkilatçısı”, “Mehmanxana inzibatçısı”, “Qənnadçı, şirniyyatçı”, “Qrafik dizayner”, “Dərzi” ixtisasları üzrə müsabiqədən keçmiş namizədlər iştirak ediblər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən işə qəbul olmuş namizədlərə Mərkəz haqında məlumatlar verilmiş, məsuliyyətlə çalışaraq peşə təhsilinin inkişafına dəstək vermələri tövsiyyə olunmuşdur.