Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the woocommerce-more-sorting domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 6121
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdimatı və tərəfdaşlara təşəkkürnamələrin təqdim edilməsi tədbiri keçirilmişdir – Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomların təqdimatı və tərəfdaşlara təşəkkürnamələrin təqdim edilməsi tədbiri keçirilmişdir

Mərkəzin direktoru Qalib Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, Təhsil Müəssisəsinin uğurlarından, yeni əməkdaşlıq və layihələr barədə məlumat vermiş, məzunları tədris ilini uğurla başa vurmaları və diplom almaları münasibətilə təbrik edib.

Qonaqlar arasında Qəbələ Rayon Təhsil Sektorunun müdiri, YAP Qəbələ Rayon Təşkilatı sədri, Qəbələ “ASAN xidmət” mərkəzinin direktoru, “Qəbələ Konserv Zavodu” MMC-nin direktoru, Qəbələ Garden Hotel, “Gilan – Qəbələ Aqrotexservis “ASC, Qəbələ City Hotel, Qəbələ Dövlət Tarix – Bədii Qoruğu, “Şimal-Qərb RETSİ”-nin Qəbələ Elektrik Şəbəkəsi, İkinci Nəfəs Psixologiya Mərkəzi, Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı ASC rəhbərləri, valideynlər iştirak ediblər.

Diplom təqdimetmə mərasimində çıxış edənlər məzunları təbrik edərək, onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulayıb, tövsiyyələrini vermişlər.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inkişafına, peşə təhsili sahəsinə verdiyi dəstəyə görə əməkdaşlıq etdiyimiz işəgötürən təşkilatlara Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən təşəkkürnamə yazılmış plaketlər təqdim edilmişdir.

Təhsil Mərkəzinin Mühəndis-pedoqoji, inzibati heyətinin bir qrup nümayəndələrinə işlərində göstərdikləri peşəkarlığa və qazandıqları uğurlara görə fəxri fərmanlar təqdim edilib və bir neçə valideynə övladlarının nümunəvi fəaliyyətlərinə görə təşəkkürnamələr verilib.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində 21 ixtisas üzrə 31 qrupdan 403 tələbə məzun olmuşdur.

Məzunlarımızı bir daha təbrik edir, onlara Vətənə, dövlətçiliyimizə, millətimizə layiqli vətəndaş olmağı arzu edir, şəxsi həyatlarında müvəffəqiyyətlər diləyirik.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471