Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsü həyata keçirilir.
Layihə çərçivəsində Qəbələ və İsmayıllı DPTM-dən olan təşəbbüs komandaları öz təşəbbüslərinin icrasını uğurla davam etdirirlər. İştirakçılar layihə çərçivəsində ekoloji, audio kitablar, milli dəyərlər, gənclərin asudə vaxtı, ekoloji marşrut xəttləri və s. mövzularda komandalar şəklində öz təşəbbüslərini həyata keçirirlər. Təşəbbüslər çərçivəsində komandalar Qəbələ və İsmayıllının müxtəlif məkanlarına səfərlər ediblər. Təşəbbüslərin icrası sentyabr ayının əvvəlinə kimi davam edəcək. Sonda təşəbbüslərin nəticələrinin daha çox auditoriyaya çatdırılması üçün icma festivalı keçiriləcək.
Layihə çərçivəsində iştirakçılar ilk öncə 2 ay müddətində yumşaq bacarıqlar, icma təşəbbüslərinin idarə edilməsi, layihə idarəetməsi zamanı yaranan problemlərin həll edilməsi və s. mövzularda təlimlərdə iştirak ediblər. Daha sonra öyrəndikləri bilikləri tətbiq etməklə qruplar formalaşdıraraq öz təşəbbüslərinin icrasına başlayıblar.