Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İkinci Nəfəs Psixologiya Mərkəzi arasında imzalanmış memoranduma əsasən mərkəzimizin “Dayə” qrupunun tələbələri 30 iyun 2023-cü il tarixində praktiki təcrübələrini İkinci Nəfəs Psixologiya Mərkəzinidə keçərək, tamamlamışdırlar

Bu müddət ərzində Azərbaycanda ilk dəfə təşkil olunan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışacaq Kölgə Müəllimi ixtisasına yiyələnmişlər. Kölgə Müəllimi ixtisasının ilk məzunları bu peşənin sirrini öyrənməklə bərabər, gələcəkdə İNPM-də işlə təmin olunma şansı qazanmışlar.

Sertifikatların təqdimetmə mərasimini geniş nitqi ilə açan İNPM-nin psixoloqu Natiq Muradbəyli iştirakçıları salamlayaraq, 2 aylıq prosesin yekun nəticələri ilə iştirakçıları məlumatlandırıb. Daha sonra mərkəzin rəhbəri Sadiq müəllim iştirakçılara peşənin sirləri barədə, onlarla gələcək əməkdaşlıq haqqında məlumat verib.

Məzunların hər birinə uğurlar arzulanaraq, sertifikatlar təqdim edilib.

Tədbirin sonunda şirniyyat süfrəsi arxasında bir daha iştirakçılara həyatlarında uğurlar, Kölgə müəlliməsi olaraq övladlarımıza gələcəkdə işıq saçmaları arzulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471