Festivalda qonaqlara Mərkəzimizdə aqrar və iqtisadiyyatın digər sahələri istiqamətində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər, müxtəlif fəaliyyətlər nümayiş etdirilib.
Festivalda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar iştirak edib. Təşəbbüsün əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə vermək, kənd təsərrüfatı sektoru ilə peşə təhsil pilləsi arasında mövcud əlaqələrin gücləndirilməsidir.