Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə çıxış edənlər Mərkəzimizin son illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunların yüksək bilik nümayiş etdirmələrini, tələbələrimizin tədris ili ərzində Mərkəziminin ictimai işlərində göstərdikləri fəallığı, valideynlərin Mərkəzimizlə sıx əlaqələr yaradaraq övladlarının fəaliyyəti barədə göstərdikləri yüksək həssaslığı qeyd etmişdirlər. Həmçinin məzunlarımıza həyatlarının növbəti dövrlərində uğurlar arzulayaraq, məzun adını qazandıqları üçün təbrik etmişdirlər.

Məzunlarımız da öz növbəsində onlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən göstərilmiş qayğı və diqqət üçün xüsusi minnətdarlıqlarını bildirmişdirlər.

Mərkəzin ictimai həyatında və tədrisdə fərqlənən, nümunəvi davranışı ilə seçilən bir qrup tələbə Fəxri Fərmanlarla təltif edilmişdir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra mərkəzimizin istedadlı tələbələrinin musiqili çıxışları böyük maraqla qarşılanmış, bədii hissədə məzunlar həvəslə milli mahnılarımızın sədaları altında rəqs etmişdirlər.

Məzunlarımızı “Məzun günü” münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.