Səbətiniz Boşdur!
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr edilmiş “Xalqımızın şanlı tarixi” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Qəbələ UADM-ın əməkdaşları, Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri, mərkəzin ekspert qrupunun üzvü iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan Milli Qurtuluş Günündən söz açılıb. Çıxış edənlər Ulu Öndərin Azərbaycan Respublikasının Dövlət müstəqiliyinin möhkəmlənməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında müstəsna xidmətləri olduğunu qeyd ediblər.
Tədbirin sonunda Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.



Bir cavab yazın