Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsi tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev” ili elan olunması ilə əlaqədar olaraq “Ümummilli lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Regional idarənin məsul əməkdaşları, QDPTM-nin pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirdə çıxış edənlər ilk öncə ulu Öndər Heydər Əliyevin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında ətraflı danışmış və əcnəbi və vətəndaşlığı olmayan şəxslərin AR ərazisində qeydiyyat qaydaları barəsində məlumatlar vermişdirlər. Daha sonra DMX-nin yaranması, fəaliyyətləri, qanunvericiliyi, könüllülük fəaliyyəti barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
İnteraktiv keçən tədbirdə tələbələrin sualları cavablandırılmışdır.