Açıq qapı – infotur zamanı qonaqlara Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr, işəgötürənlərlə əməkdaşlıq istiqamətində geniş təqdimat edilib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedoqoji heyəti tərəfindən həyata keçirilən master-klasslarda iştirak edən qonaqlar, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Mehmanxana və Restoran işinin təşkili və idarə edilməsi”, “Dərzi”, “Xalçaçı” “Dülgər”, “Qaynaqçı” və digər ixtisaslar üzrə ətraflı tanış olublar.
Sahibkarlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası ilə tanış olmuş, emalatxanalara, dəzgahlara, sinif otaqlarına, Mərkəzin üzümçülük ixtisası üzrə təcrübə sahəsinə, ümumilikdə Mərkəzin ərazisinə baxış keçirmişlər.
Qonaqlar açıq qapı – infotur iştiraklarından məmnunluqlarını bildirmiş, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış yüksək şərait, biznes müəssisələrilə əməkdaşlığın stimullaşdırılması, uğurlu əməkdaşlıq mühitinin formalaşdırılması, ixtisaslı kadrların hazırlanması və iqtisadiyyatın inkişafına töhvə verilməsi, ictimaiyyətin peşə təhsili haqda məlumatlanmasında belə tədbirlərin zəruriliyi ifadə etmişlər.