Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Ulu Öndərin 100 illiyi”nə həsr edilmiş açıq dərs keçirilmişdir

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq, bir sıra tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayn və proqram təminatı” (VD-401) qrupunda “Ulu öndərin 100 illiyi”nə həsr edilmiş açıq dərsin təşkili oldu.

Açıq dərs Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra Mərkəzin Tarix müəllimi Məleykə Rəsulova tələbələrə Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında danışmışdır. O, bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yaddaşlara ömürlük həkk olmuşdur.

Həmçinin tələbələr Ulu Öndərin həyatı, apardığı islahatları, xarici siyasətinin istiqamətləri haqqında məlumatları təqdim etmişdirlər.

Heydər Əliyevin həyatını, fəaliyyətini və apardığı uğurlu siyasətini əks etdirən video-çarxlar izlənilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471