Pedoqoji şuranın sədri tərəfindən gündəlikdə duaran məsələlər təqdim edilmiş, direktor müavinləri və aidiyyəti məsul şəxslər tərəfindən bu il qəbul olunmuş tələbələrlə aparılan mədəni-kütləvi və tərbiyə işlərinin vaziyyəti, tədris-planlaşdırıcı və uçot sənədləri, tədris jurnallarının aparılması vəziyyəti, istehsalat təlimi və ixtisas fənlərinin tədrisi vəziyyəti, tələbələrin dərsə davamiyyəti, təlim nəticəsinin qiymətləndirilməsi və kiçik summativ qiymətləndirmələrin aparılması, mərkəzin inventar avadanlıqlarının qorunub saxlanması vəziyyəti, dual peşə təhsili və təlimi və s. barəsində məlumatlar verilmiş, hesabatlar dinlənilmişdir.
İclasda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev Təhsil Mərkəzinin İlk Həmkarlar Taşkilatı Komitəsinin təqdimatı əsasında, inzibati, mühəndis- pedoqoji heyət üzvlərinə maddi dəstəyin göstərilməsi, cari məsələlər haqqında müzakirələr aparmış, tövsiyyə və tapşırılarını vermişdir.