Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyə Respublikasının turizm, inşaat sektorlarında fəaliyyət göstərən şirkətləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilmişdir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qardaş Türkiyə Respublikasının işəgötürən şirkəti olan ASA HRM Danışmanlık şirkətinin rəhbərləri ilə əməkdaşlıq istiqamətində görüş keçirilib. Qonaqlar Mərkəzin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub və birgə əməkdaşlıq imkanları istiqamətində geniş müzakirələr aparıblar.

Bu əməkdaşlıq Mərkəzin mövcud ixtisaslarına uyğun istehsalat təcrübəsi, dual təhsil proqramı və ən başlıcası məzunların məşğulluq imkanlarının əldə olunmasına xidmət edir.

Qeyd edək ki, Mərkəzimiz qardaş Türkiyə Respublikasının tanınmış işəgötürən şirkətləri ilə 2021-ci ildən əməkdaşlıq edir. Bu kimi əməkdaşlıqların əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsi, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadilələrinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılması, məzunların işlə təminatına dəstəyin göstərilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471