Categories
Uncategorized

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həyata keçirdiyi Dual təhsil proqramı işəgötürən müəssisələrlə birgə uğurla davam edir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Üzümçülük və Şərab ustası” qrupunun Savalan “ASPİ WINERY” MMC ( Savalan Wines ) şirkətində İstehsalat təlimləri davam edir.

“Üzümçülük və Şərab ustası” (1 illik) ixtisas tələbələri 2 hissədən ibarət növbəli olaraq iş rejiminə cəlb olunublar. Tələbələr müəssisə tərəfindən cəlb olunan mentorlar tərəfindən təhlükəsizlik qaydaları ilə təlimatlandırılıb, iş rejimi ilə tanış olublar.

İstehsalat təlimləri müəssisənin daxili iş planı üzrə keçirilir. Tələbələr növbəli olaraq müəssisənin bütün iş sexlərində, əsasən etiketləmə, paketləmə və qablaşdırılma işlərini, ümumiyyətlə, müəssisədə şərabçılığın bütün texnoloji proseslərini həvəslə öyrənirlər.

Qeyd edək ki, İstehsalat təlimlərində fəal iştirak etmiş tələbələrimiz işəgötürən müəssisələr tərəfindən, təqaüd proqramına və rəsmi əmək fəaliyyətinə cəlb olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home2/gabalaptmeducp/public_html/wp-includes/functions.php on line 5471