Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dual təhsil üzrə “Rabitə avadanlıqlarının quraşdırıcısı” qrupunun tələbələrinin Dağlıq Şirvan Regional Rabitə İdarəsinin Qəbələ rayon şöbəsində istehsalat təlimləri davam edir.

İstehsalat təlimi müəssisənin daxili iş planı üzrə həyata keçirilir. Tələbələr Avtomatik Telefon Stansiyalarında (ATS) kabel xətlərinin çəkilişi, modemlərin quraşdırılması, kommunikasiya prosesini, internet və telefon rabitəsinin doğru bir şəkildə təmin edilməsini, ümumiyyətlə rabitə sahəsinə aid bütün prosesləri geniş şəkildə öyrənirlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.