13 dekabr 2018 – ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Həmkarlar İttifaqı Federasiyasının Qəbələ rayon komitəsinin birgə təşkilatçılığı ilə “Sahibkarlıq ” adlı tədbir keçirmişdir. Tədbirdə Təhsil Mərkəzinin tələbələri və müəllimləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva açdı.
Tədbirdə Azərbaycan qadınlığının tarixindən, onun keçdiyi ağır məşəqqətli, eyni zamanda böyük, şərəfli bir yoldan söz açıldı. Sonra söz Xidməti iş Həmkarlar Federasiyası Baş idarəsinin vitse Prezidenti İsmayılov Cəmaləddin Köçəriyə verildi. Cəmaləddin Köçəri qeyd etdi ki, tarix boyu müxtəlif cinsin nümayəndələrinə müxtəlif ölkələrdə, müxtəlif siyasi quruluşlarda eyni cür münasibət bəslənilməmişdir. Azərbaycan qadını kişilərlə çiyin – çiyinə bir çox sahələrdə – kənd təsərrüfatı, istehsalat, elm və texnikada, incəsənətdə hətta siyasi işlərdə belə bir çox uğurlar qazanmışdır.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Camal Rəsulov çıxışında qeyd etdi ki, qadınlar incə, zərif, bir cinsin nümayəndələridirlər. Lakin buna baxmayaraq üzərlərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlirlər. Belə ki, hər hansı bir sahədə öz biznesini qurub, nailiyyətlər qazanmış qadınlarımızın sayı az deyildir.
Dəyirmi masa arxasında keçirilən tədbirdə qadınlara və gənclərə müvafiq yollar, istiqamətlər göstərildi. Rayonuzmuzda yeni açılmış iş yerləri, müəssisələr haqqında məlumatlar verildi . Qadınların kənd təsərrüfatı və digər sahələrdə fəallığının artırılması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsinin müsbət nəticələrə yol açdığı xüsusi ilə vurğulandı.
Qarşılıqlı anlaşılma şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırıldı.