Tədbirdə işəgötürən müəssisələrin nümayəndələri, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunları, müəllimlər, valideynlər, Qəbələ və ətraf rayonların sakinləri, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları iştirak edir.
Mərkəz ərazisində infoturlar təşkil olunur, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq həyata keçirilir, işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.
Tədbirdə qonaqlara Təhsil Mərkəzi haqqında ətraflı məlumat verilir. Təhsil Mərkəzində həm turizim, həm aqrar sahə, həm də sənayenin digər sahələri üzrə kadrlar hazırlanamsı üzrə əyani tanış olurlar.
Tədbir iştirakçılarına peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin mühüm bir addım olduğu, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən info turlarda iştirak edən ümumtəhsil məktəblərinin IX sinif şagirdləri və məzunlarına peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini verirlər və uğur hekayələrini danışırlar.
İnfo turlarda iştirakçıları maraqlandıran suallara cavab verilir. Qonaqlar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olurlar, master-klasslarda iştirak edirlər, onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Tikişci”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı tanış olurlar.
Qeyd: Tədbir mövcud karantin qaydalarına əməl olunmaqla təşkil edilir.