Dəvət edilən vətəndaşlar Qəbələ Otellər Qrupunun nümayəndələri tərəfindən aparılan müsahibələrdə iştirak etdilər, fərdi söhbətlər aparıldı, blanklar dolduruldu, yekunda pandemiya qaydalarına uyğun görüşlər keçirildi.
Qeyd edək ki, Proqramın məqsədi sənaye nümayəndələri ilə birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsinə imkan yaratmaqdır.
Proqram müddətində tələbələr ilk 1 ayı təhsil müəssisəsində keçirəcək və ilkin baza biliklərə sahiblənəcəklər. İkinci aydan etibarən seçilmiş tələbələr həftə ərzində bir neçə gün peşə təhsil müəssisəsində – nəzəri biliklərə, həftənin digər qismində isə otellərdə onlara təyin olunmuş mentorlar vasitəsilə praktiki bacarıqlara yiyələnəcəklər.
1 illik tədris müddətinin sonunda tələbələr nəzəri biliklər, ölkənin qabaqcıl otellərində təcrübəyə yiyələnmək imkanı ilə yanaşı diplom əldə edəcəklər. Proqram Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aşpazlıq və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə həyata keçiriləcəkdir.