27 avqust – 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

      Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

      İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi.

      05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin “Müraciət_forması“nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı verilmişdir.

      Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

  • Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək
  • Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak
  • Rəqabətə davamlı əmək haqqı
  • Daimi və ya saat hesabı tədrisə cəlb imkanı

      Müsahibə mərhələsinə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 7 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.   Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi üzrə aşağıdakı Yüksək texniki peşə təhsil səviyyələri üçün müəllim heyətinin işə qəbulu nəzərdə tutulur:

  • “Mehmanxana və restoran işinin təşkili”
  • “Web dizayn və proqram təminatı”
  • “Baytarlıq və heyvandarlıq işi”  
  • ” Mühasibat uçotu” 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.