Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, yeni dərs ilinin başlanması ilə əlaqədar təbrik etmiş, ənənəvi dərslərin davamlı keçirilməsində pandemiya qaydalarına əməl etməyin zəruriliyini diqqətə çatdırmışdır.
Q. Nəbiyev 2020-ci ilin ölkəmiz üçün əhəmiyyətindən, xalqımızın şanlı qələbəsindən, Vətən müharibəsində Təhsil Mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından danışmışdır.
Q.Nəbiyev Türkiyə peşə təhsil müəssisələrilə əməkdaşlıq, işəgötürən müəssisələrlə imzalanmış memorandomların əhəmiyyətindən, görülmüş digər işlərin şagirdlərimizin tədris və təliminə müsbət təsirindən danışdı, yeni dərs ilində pedaqoji heyətə, müəllim və tələbələrə uğurlar arzuladı.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, tədbir iştirakçılarına və tələbələrə qəbul prosesi, tədris və təlim fəaliyyəti barədə ətraflı məlumat verdi, iştirakçılara bu ilki qəbulla bağlı məlumat verərək bildirdi ki, 2021-2022-ci tədris ilində aqrar və turizm qrupları üzrə ümumilikdə 23 qrup üzrə 520 tələbə, 5 qrup üzrə Yüksək Texniki Peşə (Subbakalavr) ixtisasları üzrə 100 tələbə qəbulumuz reallaşıb. Keçid qruplarında 179 nəfər tələbəmizin təhsilini davam etdirdiyini bildirdi.
Qeyd: Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmişdir.