İlk öncə bir dəqiqəlik sükutla 11 oktyabr 2020-ci ildə Gəncə terroru zamanı erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərin ruhu hörmətlə anılıb.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Mülki Müdafiə Qərargah rəisi İlham Əfəndiyev çıxış edərək, özünün 44 günlük Vətən müharibəsində iştirakından, şahidi olduğu hadisələrdən danışıb.
Daha sonra Mərkəzin istehsalat təlim ustası Qaçayeva Hicran general-mayor Polad Həşimovdan danışaraq, xalqımızın Zəfər qazanmasında canından keçən igid oğullarını yad edib. Daha sonra 2-ci Qarabağ müharibəsi ərzində Azərbaycan xalqının və rəşadətli ordumuzun göstərdiyi əzmli mübarizədən bəhs edib.
Mərkəzin psixoloqu Hüseynova Zenfilə də çıxışı zamanı Gəncə terroru zamanı günahsız qanları tökülən dinc əhali və yaralılar haqqında danışıb. Bu terror zamanı ziyan dəyən tikililərin və tarixi yerlərin indi də xaricdən gəlib oranı ziyarət edən şəxslər və bütün dünya üçün erməni vəhşiliyinin daha bir nümunəsi kimi saxlanıldığını diqqətə çatdırıb.
Tədbirdə Mərkəzin Təhsilalanlarla iş şöbəsinin müdir müavini Əhməd Əhmədli də çıxış edərək, Gəncə terroru və 44 günlük müharibə ərzində ermənilərin törətdiyi heçbir vəhşiliyin xalqımızı Zəfər yolundan çəkindirmədiyini və əksinə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün sonra 30 illik vətən həsrətinə son qoyulduğunu bir daha vurğulayıb. Sonda Gəncə terroru qurbanlarının ruhu qarşısında baş əyərək, Allahdan onlara rəhmət diləklərini çatdırıb.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.